...

Azərbaycan və İordaniya hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

Siyasət Materials 18 İyun 2008 12:33 (UTC +04:00)
Azərbaycan və İordaniya hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

Azərbaycan, Bakı, 17 iyun / Trend , müxbir S.Ağayeva/ Azərbaycan və İordaniya hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. İordaniya Baş ordu qərargahının rəisi Xəlid əl-Sarayra əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün iyul ayının ortalarında Azərbaycana səfər etməyi planlaşdırır. Bu barədə Trend -a Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı məlumat verib.

Azərbaycanın hərbi ekspertləri hesab edirlər ki, İordaniya ordusu böyük mütəşəkkilliyi və intizamlılığı ilə seçilir. Məhz bu təcrübə Azərbaycan ordusuna lazım ola bilər. Vaxtı ilə kütləvi şəkildə Sovet hərbi sursatını əldə edən İordaniya ordusu bu gün təkcə Rusiya hərbi texnikası ilə deyil, həm də Qərb ölkələrinin silahları ilə təchiz edilib.

Bundan əlavə, artıq iki ildir ki, Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi fəaliyyət göstərir. Ekspertlər hesab edirlər ki, bu gün adıçəkilən nazirliyin hərbi-sənaye kompleksinin formalaşdırılması sahəsində təcrübəyə malik olan digər ölkələrin müdafiə nazirlikləri ilə səylərin birləşdirilməsi üzrə real fəaliyyətə ehtiyacı var. Bu sahədə İordaniyanın təcrübəsi ölkə üçün olduqca xeyirli ola bilər.

Səfirin çərşənbə axşamı Əmmandan telefonla bildirdiyinə görə, İordaniyanın Baş qərargah rəisi Bakıda, hərbi kadrların hazırlanması və silahların alınması sahəsində iki ölkənin əməkdaşlıq imkanlarını müzakirə edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti