...

Azərbaycanın xarici işlər naziri Pakistan Senatının sədrini qəbul edib

Siyasət Materials 20 İyun 2008 20:03 (UTC +04:00)

Azərbaycan, Bakı,20 iyun/ Trend / Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə günü Pakistan Senatının sədri Məhəmmədmyan Sumronu qəbul edib. Bu barədə Azərbaycanın xarici siyasət idarəsinin mətbuat xidmətindən bildiriblər.

Görüşdə ikitərəfli siyasi əlaqələrin yüksək səviyyəsi, mövcud qarşılıqlı anlaşmanı müsbət qiymətləndirilib, iqtisadi, humanitar və digər sahələrdə əlaqələri gücləndirmək üçün geniş potensialın olduğunu vurğulanıb.

Tərəflər iki dövlət arasında birbaşa hava xəttinin açılması, iş adamlarının səfərlərinin təşkili, maliyyə və bank sferasında əlaqələrin inkişafı kimi məsələləri də müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti