...

Avropa Şurası GUAM ilə əməkdaşlıqda maraqlıdır – təşkilatın Baş katibi

Siyasət Materials 25 İyun 2008 15:37 (UTC +04:00)

Fransa, Strasburq, 25 iyun / Trend , müxbir A.Məhərrəmli / Avropa Şurası (AŞ) GUAM ilə əməkdaşlıqda maraqlıdır. Bu barədə təşkilatın Baş katibi Terri Devis bildirib.

"Avropa Şurası regional təşkilatlar, xüsusilə də subregional təşkilatlarla əməkdaşlıqda maraqlıdır. Bunlardan biri də GUAM təşkilatıdır", - deyə çərşənbə günü AŞ Parlament Assambleyası sessiyasında Terri Devis bildirib.

Onun sözlərinə görə, artıq GUAM ilə AŞ arasında münasibətlərin formalaşdırılması üçün bəzi qərarlar qəbul olunub. "Mən artıq GUAM tədbirlərində iştirak etmişəm və bunu davam etdirəcəyəm. Lakin hətta mən bu tədbirlərdə iştirak edə bilməsəm də, AŞ orada yüksək səviyyədə təmsil olunacaq", - deyə Baş katib bildrib.

GUAM-ın formatı 1997-ci ildə Strasburqda Avropa İttifaqının dövlət başçılarının Sammiti zamanı postsovet dövlətləri tərəfindən yaradılıb. Özbəkistan 1999-cu ildə bu formata daxil olsa da, dörd ildən sonra onu tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM" kimi elan olunması haqda qərar qəbul olunub. Təşkilatın növbəti sammiti iyulun 2-3-də Batumidə (Gürcüstan) keçiriləcək.

Xəbər lenti

Xəbər lenti