...

Azərbaycan ABŞ -la güzəştli ticarət rejimi əldə etməyə can atır: iqtisadi inkişaf naziri ilə müsahibə

Siyasət Materials 25 İyun 2008 20:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun/ Trend , müxbir İ.Xəlilova/ Norveç 2008-ci ilin əvvəlindən Azərbaycana münasibətdə güzəştli ticarət rejimi tətbiq edir. Bu ölkənin Mərkəzləşdirilmiş Preferensiyalar Sisteminə (GSP) qoşulması nəticəsində mümkün olub. Azərbaycan ümd edir ki, ABŞ da analoji addım atacaq və bununla əlaqədar müvafiq müraciət artıq göndərilib. Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev Trend -a müsahibəsində bu və digər planlar barədə məlumat verib:

- Zəhmət olmasa, Mərkəzləşdirilmiş Preferensiyalar Sistemindən danışın və onun Azərbaycan üçün faydası nədədir?

- GSP, əsasən, inkişaf etmiş ölkələrin inkişafda olan ölkələrə təqdim etdikləri güzəştlər sistemidir. O, ölkəyə müəyyən malları inkişaf etmiş ölkəyə rüsumsuz və aşağı rüsumlarla ixrac etməyə imkan verir. GSP-də üzvlük ikitərəfli ticarət münasibətlərinin inkişafında böyük rol oynayır. Bu onunla izah olunur ki, bu halda ticarətə təsir edən bütün amillər nəzərə alınır. Bir sıra ölkələr kimi, Azərbaycanın da ÜTT-in üzvü olmadığını nəzərə almaqla, GSP Proqramı bizim ölkəmiz üçün istisna əhəmiyyət daşıyır.

Azərbaycan üçün qeyri-neft sektorunun inkişafı çox vacibdir və bu sektorun inkişafının əsas şərtlərindən biri Azərbaycanda istehsal olunmuş malların xarici bazarlara çıxarılmasının asanlaşdırılmasıdır. Azərbaycanın GSP Proqramına daxil edilməsi bizim ölkənin dünya təsərrüfatına inteqrasiyasında əsas vasitələrdən biri kimi çıxış edir.

- Bu gün hansı ölkələr bu sistemi tətbiq edir və onlardan hansında Azərbaycan benefisiar ölkə statusuna malikdir?

- Ümumilikdə Aİ-dən əlavə, daha on ölkə GSP-ni təqdim edir. Azərbaycan yalnız Avropa İttifaqı, Kanada, Yaponiya, Türkiyə, Norveç və İsveçrənin preferensiyalar sisteminə daxil edilib. Lakin bizim ölkəmiz hazırda Avstraliya, Yeni Zelandiya və ABŞ-ın GSP proqramlarından istifadə edə bilməz. Eyni zamanda, MDB-nin Rusiya və Belarus kimi ölkələri də GPS təqdim edirlər. Lakin, bu ölkələrlə münasibətlərdə azad ticarət rejimi tətbiq olunduğundan, hansısa üstünlüklərə heç bir zərurət yoxdur.

- Azərbaycanın ABŞ - ın GSP Proqramına qoşulmasında hansı maneələr mövccudur?

- ABŞ-ın GSP Proqramına qoşulmağın meyarlarından biri əqli mülkiyyət hüquqları ilə bağlıdır. Yeri gəlmişkən qeyd edim ki, ABŞ-ın Ticarət Nümayəndəliyi hər il əqli mülkiyyət hüquqlarının müdafiəsi haqqında müəyyən siyahılar yayır. Bu siyahılarda üç kateqroiya öz əksini tapır: müşahidə siyahısı, müşahidənin prioritet siyahısı və prioritet xarici ölkə. Onları "qara siyahı" da adlandırırlar və aydındır ki, heç bir ölkə adının bu siyahılara daxil edilməsini istəməz. Azərbaycan və Qazaxıstan 2005-2006-cı illərdə müəyyən beynəlxalq sazişlərə qoşulduqdan sonra "müşahidə siyahısından" çıxarılsa da, bizim ölkəmiz, Qazaxıstandan fərqli olaraq, ABŞ-ın GSP Proqramına daxil edilməyib.

GSP Proqramına qoşulmaq üzrə digər meyar beynəlxalq terrorizmə münasibətlə bağlıdır. Azərbaycan hökuməti terrorla mübarizədə nəzərəçarpacaq işlər görüb ki, bu da ABŞ Dövlət Departamentinin 2007-ci ildə dünya ölkələrində terrorizmlə mübarizənin vəziyyəti ilə bağlı illik hesabatında öz əksini tapıb. Qeyd edim ki, SSRİ dağıldıqdan sonra Azərbaycan özü erməni terroruna məruz qalıb və terrorla mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini çox yaxşı dərk edir.

Əsas meyarlardan biri BFV və ÜTT-ə üzvlükdür. Azərbaycan 1992-ci il sentyabrın 18 - dən BVF-in üzvüdür və bu təşkilatla səmərəli əməkdaşlığı davam etdirir. Bundan əlavə, Azərbaycan, MDB -nin ABŞ-ın GSP Proqramına daxil edilmiş bir sıra ölkələri kimi, (Qazaxıstan, Rusiya) ÜTT-ə üzvlüklə bağlı səyləri davam etdirir. ÜTT-ə üzvlük prosesində Azərbaycan iqtisadiyyatın daha çox liberallaşdırılması üçün müəyyən addımlar atır və ABŞ -la ikitərəfli danışıqları davam etdirir.

- Cekson-Venik düzəlişinin ləğvindən sonra Azərbaycanın ABŞ tərəfindən bu Proqrama daxil edilməsi nə dərəcədə realdır?

- Sovet İttifaqı zamanı Müstəqillik Aktına daxil edilmiş bu düzəlişə əsasən, ABŞ Azərbaycanla ikitərəfli ticarətdə məhdudiyyətlər tətbiq etmək hüququna malikdir. Bu düzəlişin qüvvədə qalması gələcəkdə Azərbaycanın ÜTT-də üzvlükdən istifadə imkanlarını məhdudlaşdıra bilər. Yanvarın sonunda İndiana ştatından ABŞ senatorı Riçard Luqar Azərbaycan və Qazaxıstana münasibətdə Cekson-Venik düzəlişini ləğv etməyi təklif edib. Bütün bunlarla yanaşı, Cekson-Venik düzəlişinin tətbiq olunduğu Qazaxıstan benefisiar kimi ABŞ-ın GSP Proqramına daxil ola bilib və bu bizə düzəlişin ləğvini gözləmədən, ölkəmizin GSP Proqramına daxil olması üzrə səylərimizi gücləndirməyə əsas verir. Bu sistemdən fayda götürmək üçün, ilk növbədə, ABŞ -ın Ticarət nümayəndəliyinə müraciət etmək lazımdır.

Azərbaycan hələ 2004-cü ildə ölkənin benefisiar ölkə statusunda GSP Proqramına daxil edilməsi üçün ABŞ-ın Ticarət nümayəndəliyinə müraciət ünvanlayıb, lakin səylər nəticəsiz olub. MDB ölkələrindən Ermənistan, Gürcüstan, Moldova, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Ukrayna ABŞ-ın GSP Proqramına daxil edildiyi zaman, Azərbaycan Belarus, Tacikistan və Türkmənistan ona daxil olmayıb.

Cari ilin aprelində ABŞ-ın Ticarət nümayəndəliyi tərəfindən Azərbaycanın GSP Proqramına daxil edilməsi üzrə araşdırmalar yenidən başlayıb. İqtisadi İnkişaf Nazirliyi 2008-ci il aprelin 30-da ABŞ Ticarət nümayəndəliyinə müraciət göndərib. Bir qayda olaraq, Ticarət nümayəndəliyi ABŞ perezidentinə hesabat təqdim edir. Hesabata bütün müraciətlərlə, o cümlədən də GSP Proqramına daxil olmaq arzusu ilə bağlı müraciətlər, ölkənin GSP-ə qoşulmasının "lehinə" və "əleyhinə" çıxış edən digər ölkə və şirkətlərin müraciətlərinin və nümayəndəliyin özünün qeydləri daxildir. Yekun qərarı ABŞ prezidenti qəbul edir.

Azərbaycan və ABŞ arasında ticari-iqtisadi və digər münasibətlərin səviyyəsi mövcud imkanlardan istifadə edilməsini tələb edir və mən əminəm ki, bizim ölkəmizin ABŞ -ın GSP Proqramına daxil edilməsinə dair qərar perspektivdə bu münasibətlərin gələcək inkişafının zəruriliyinə müvafiq olacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti