...

"GUAM - Şərqi Avropaya inteqrasiya" Batumi bəyannaməsini beş prezident imzaladı

Siyasət Materials 2 İyul 2008 07:20 (UTC +04:00)
"GUAM - Şərqi Avropaya inteqrasiya" Batumi bəyannaməsini beş prezident imzaladı

Gürcüstan, Batumi, 02 iyul/ Trend müxbir N.Kirçxalia/ Batumidə keçirilən GUAM sammitinin yekunu olaraq beş ölkə prezidenti "GUAM - Şərqi Avropaya inteqrasiya" Batumi bəyannaməsini imzaladı. Sənəd dövlətlərin demokratik dəyərlərə sadiq olmasını, insan haqlarına hörmətlə yanaşmasını, hüqüqların aliliyini, mədəni və dini irsin saxlanılmasını və tolerantlıx ruhunun möhkəmləndirilməsini təstiqləyir.

Sənədi Azərbaycan prezidenti İlham Əliyev, Ukrayna prezidenti Viktor Yuşenko, Gürcüstan prezidenti Mixail Saakaşvili, Litvanın prezidenti Valdas Adamkus və Polşanın prezidenti Lex Kaçinskiy imzalayıblar.

Tərəflər regional əməkdaşlıq kursunun dəişməz olduğunu və ümumavropa və asiya inteqrasiya proseslərinin, GUAM-ın ABŞ, Polşa, Yaponiya, digər dövlətlər və beynəlxalq birləşmələr ilə ələqələrinin tərkib hissəsi olduqlarını bildirirlər.

Bəyannamədə həmçinin uzanan münaqişələrin, separatizmin, ekstremizmin, beynəlxalq terrorizmin təhlükəsindən narahatlıq bildirilir. Sənəddə GUAM ölkələrinin bu təhlükələrə qarşı digər beynəlxalq təşkilatlarla birgə çıxış etməyə hazır olduğu vurğulanır.

GUAM ölkələri prezidentləri enerji təhlükəsizliyi sisteminin inkişaf etdirilməsinə və Avropa enerji bazarının liberallaşdırılmasına hazır olduqlarını bildiriblər.

GUAM 1997- ci ildə Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın iştirakı ilə iqtisadi, ticari, nəqliyyat, təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq məqsədi ilə yaradılan regional təşkilatdır. 1999-cu ildə Özbəkistan da bu formata daxil olub və təşkilat GUÖAM adlanmağa başlayıb. Lakin yeni üzv dövlət təşkilat orqanlarının işində fəal iştirak etməyib və 2005-ci ildə onu tərk edib. 2006 - cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf naminə təşkilat - GUAM" kimi elan olunması haqda qərar qəbul olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti