Azərbaycan, Bakı, 16 iyul / Trend , müxbir T.Cəfərov/ İranın Xarici İşlər naziri Mənuçöhr Müttəkiçərşənbə günü Oman, Suriyə və Türkiyə ölkələrinə səfərə çıxıb. Bu barədə İranın "Mehrnews" agentliyi məlumat verib.
Müttəki 3 ölkənin rəsmiləri ilə görüşdə region və beynəlxlaq məsələlərilə yanaşı, ikitərəfli qarşılıqlı əlaqələrin inkişafı ilə bağlı müzakirələr aparacaq.
Məlumatda bildirilir ki, İranın XİN başçısının Oman, Suriya və Türkiyə ölkələrinə səfərinin əsas məqsədi "Qoşulmamaq üzrə hərəkata üzv dövlətlərin" növbəti iclası haqda müzakirələr aparmaqdır.
Müəllif ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]