...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Siyasət Materials 18 İyul 2008 11:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyul/ Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 17-də saat 10.30-dan 11.00-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 21.20-dən 21.45-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.20-dən 21.25-dək və iyulun 18-də saat 01.30-dan 01.35-dək arasıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.10-dan 22.33-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşə mövqelərdən, saat 23.30-dan 23.40-dək Qazax rayonunun Məzəmli kəndi yaxınlığında yerləşən mövqelərdən, 23.15-dən 23.30-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.35-dən 23.50-dək və iyulun 18-də saat 00.30-dan 00.40-dək, 01.50-dən 02.00-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdəki mövqelərdən, Aşağı Veysəlli və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub. İtki yoxdur.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

Xəbər lenti

Xəbər lenti