...

Azərbaycan prezidenti misirli həmkarını təbrik edib

Siyasət Materials 22 İyul 2008 18:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyul/ Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Misir Ərəb Respublikasinin prezidenti Məhəmməd Hüsni Mübarəki ölkənin milli bayramı - İnqilab günü münasibətilə Azərbaycan xalqı adından təbrik edib.

Təbrik məktubunda prezident bu gün Azərbaycan ilə Misir arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərin ardıcıl inkişaf yolunda olduğunu bildirib. Prezident dövlətlərarası münasibətlərin bir çox sahələrində qarşılıqlı maraq doğuran səmərəli əməkdaşlıq üçün daim möhkəm zəmin olacağına əminliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti