...

Azərbaycanın Mərkəzi Seçki Komissiyası vətəndaşları seçkidə fəal iştiraka çağırıb

Siyasət Materials 28 İyul 2008 17:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyul / Trend , müxbir E.Babayev/ Azərbaycanın Mərkəzi Seçki Komissiyası ölkə vətəndaşlarını qarşıdan gələn prezident seçkisində fəal iştirak etməyə çağırıb. "Azərbaycanda seçkinin tam demokratik keçirilməsinə lazimi şərayit yaradılıb və mən vətəndaşları seçkidə fəal iştirak etməyə çağırıram. Biz hesab edirik ki, seçkidə seçici fəallığı yüksək səviyyədə olacaq", - Trend -un məlumatına görə, bunu bazar ertəsi keçirdiyi mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib.

MSK-nın bu gün keçirilən iclasında prezident seçkisinin oktyabrın 15 - də keçirilməsinə qərar verilib. MSK prezident seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin təqvim planını da təsdiq edib.

Pənahov bildirib ki, seçkilərdə hər hansı kənar müdaxiləyə imkan verilməyəcək. "Bizim kifayət qədər seçki təcrübəmiz var. Amma hər hansı xoşagəlməz hadisədən, pozuntulardan heç kəs sığortalanmayıb. Ona görə də biz əlimizdən gələni edəcəyik ki, seçkilər tam demokratik və qanunun tələblərinə uyğun olsun", - deyən MSK sədrinin sözlərinə görə, Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə əsasən, namizədlərə pulsuz efir vaxtı ictimai televiziyada ayrılacaq. Bundan başqa, namizədlərin plakatlarının yaşayış binalarına və tarixi binalara yapışdırılmasına imkan verilməyəcək. Plakatlar ayrılmış xüsusi lövhəciklərə yapışdırılacaq.

Pənahov onu da deyib ki, xaricdə yaşayan azərbaycanlıların səs verməsinə də lazımi şərait yaradılacaq. "Azərbaycanın diplomatik nümayəndəliyi, konsulluğunun olduğu şəhərlərdə seçki məntəqələri yaradılacaq", - deyə MSK sədri vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti