...

Azərbaycan prezidenti KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyasını təsdiqləyib

Siyasət Materials 31 İyul 2008 14:57 (UTC +04:00)
Azərbaycan prezidenti KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyasını təsdiqləyib

Azərbaycan, Bakı, 31 iyul/ Trend / Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi məqsədi ilə "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası" təsdiq edilib.

Azərbaycan Prezidentinin İcra Aparatına üç ay müddətində Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dəstək Fondunun yaradılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikası prezidentinə təqdim etmək, "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası"nın müddəalarının yerinə yetirilməsinə nəzarəti həyata keçirmək və bu barədə Azərbaycan prezidentinə mütəmadi məlumat vermək, Azərbaycan Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti