...

Azərbaycan XİN-i Gürcüstandan Azərbaycana viza alınması prosedurunu yüngülləşdirib

Siyasət Materials 11 Avqust 2008 12:59 (UTC +04:00)
Azərbaycan XİN-i Gürcüstandan Azərbaycana viza alınması prosedurunu yüngülləşdirib

Azərbaycan, Bakı, 11 avqust / Trend , müxbir R.Novruzov/ Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstandan Azərbaycana viza alınması prosedurunu yüngülləşdirib. Bu barədə bazar ertəsi keçirilən mətbuat konfransında Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim bildirib.

Onun sözlərinə görə, son 2-3 gün ərzində yüzlərlə xarici vətəndaş Gürcüstandan Azərbaycana keçib.

Nazirlik bu addımı tanınmamış Cənubi Osetiya ərazisində aparılan hərbi əməliyyatlarla bağlı həyata keçirib.

İbrahim həmçinin qeyd edib ki, Azərbaycanın Gürcüstandakı səfirliyi normal iş rejimində fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti