Azərbaycan, Bakı, 13 avqust/ Trend , müxbir R. Novruzov/ MDB İcraiyyə Komitəsi Cənubi Osetiyadakı sonuncu hadisələrə böyük həyəcanla yanaşıb. Bu barədə Komitə rəhbəri Sergey Lebedevin çərşənbə günü MDB İcraiyyə Komitəsi tərəfindən Trend -a verilən bəyanatında bildirilir.
"Belə vəziyyətdə tezliklə danışıqlara başlamaq zəruri idi. O anda münaqişənin sülh yolu ilə həllinin axtarışı prioritet olmalıydı", - Lebedev bildirib.
Onun sözlərinə görə, avqustun 12 - də atəşkəsin elan edilməsi MDB İcraiyyə Komitəsi tərəfindən təqdir edilib. "Humanitar yardıma çıxış və gücdən istifadə etməmək barədə öhdəlik MDB İcraiyyə Komitəsini razı salıb", - Lebedev bildirib.
Cənubi Osetiyada humanitar fəlakət gürcü qoşunlarının avqustun 8-də gecə tanınmamış respublikanın ərazisinə daxil olması və o cümlədən, respublikanın paytaxtı Tsxinvalini "Qrad" yaylım atəş qurğularından atəşə tutmasından sonra yaranıb. Şəhərdə böyük dağıntılar var; uşaq bağçaları, məktəblər, yeganə xəstəxana dağıdılıb. Respublikanı 34 mindən çox qaçqın tərk edib. Cənubi Osetiya hakimiyyəti 1,6 mindən çox insanın həlak olduğunu bəyan edir. 10-dan çox Rusiya sülhməramlısı həlak olub, 150 - dən çox yaralanıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]