...

MAQATE rəhbərinin müavini İrana səfər edib

Siyasət Materials 18 Avqust 2008 10:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 avqust / Trend / MAQATE rəhbərinin müavini Olli Heynonen (Olli Heinonen) bazar ertəsi Tehrana səfərə gəlib. İranın Atom Enerji Təşkilatının dəvəti ilə İrana səfərə gəlmiş Heynoneni MAQATE-nin protokollar üzrə eksperti müşayiət edir. Bu barədə İranın "İRNA" agentliyi məlumat yayıb.

İranın Atom Enerji Təşkilatının məlumatına əsasən, MAQATE-nin Baş katibi Məhəmməd Əl-Bəradeinin müavini ötən səfərləri çərçivəsində aparılan müzakirələri davam etdirmək məqsədilə İrana səfər edib.

Heynonen avqust ayının 7-də Tehrana iki günlük rəsmi səfər etmişdi. Həmin səfəri zamanı o, İran və MAQATE arasında protokol əməkdaşlığına dair məsələləri müzakirə etmişdi.

Xəbər lenti

Xəbər lenti