...

Ukrayna prezidenti Kiyevdə keçiriləcək hərbi paradda təyyarələrin uçuşunu qadağan edib

Siyasət Materials 20 Avqust 2008 14:47 (UTC +04:00)

Ukrayna, Kiyev, 20 avqust / Trend , müxbir Z.Novosvitski/ Ukrayna prezidenti Viktor Yuşenko avqustun 24-də keçiriləcək hərbi paradda təyyarələrin uçuşunu qadağan edib

Prezidentin rəsmi saytında yerləşdirilmiş "Ukraynanın müstəqilliyinin 17-ci ildönümünə həsr olunmuş paradın keçirilməsində vətəndaşların təhlükəsizliyinin təmin edilməsi haqqında" fərmana əsasən, dövlət rəhbəri Müdafiə Nazirliyinə Kiyev şəhəri dövlət administrasiyasının iştirakı ilə Kiyevdə hərbi paradın keçirilməsi zamanı vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərin görülməsini tapşırıb.

Prezident Kiyevdə ordunun hazırlıq təlimləri və paradının keçirilməsi zamanı da uçan aparatların texniki imkanlarını nümayiş etdirməyi qadağan edib.

Fərman nəşr edildiyi gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti