...

Azərbaycan prezidenti ilə Rumıniyanın dövlət başçısı arasında təkbətək görüş keçirilib

Siyasət Materials 21 Avqust 2008 11:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 avqust / Trend / Azərbaycan prezidenti İlham Əliyevin və Rumıniyanın dövlət başçısı Trayan Beseskunun cümə axşamı Bakıda təkbətək işçi səhər yeməyi olub.

Söhbət zamanı bildirilib ki, Azərbaycanla Rumıniya arasında ikitərəfli münasibətlər uğurla inkişaf edir və əlaqələrin möhkəmlənməsi, eyni zamanda, regional əməkdaşlığın genişlənməsinə xidmət edir. Müzakirələr zamanı ikitərəfli əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

Dövlət başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti