...

Azərbaycanın müxalifət partiyası Ədliyyə Nazirliyini məhkəməyə verib

Siyasət Materials 21 Avqust 2008 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 avqust / Trend müxbir C.Babayeva/ Azərbaycanın müxalif Yeni Zaman Partiyası dövlət qeydiyyatına alınmaması ilə bağlı Ədliyyə Nazirliyini məhkəməyə verib. Bu barədə cümə axşamı Trend -a partiyanın sədri Musa Ağayev məlumat verib.

Trend -un arayışı: Müxalifətçi Yeni Zaman Partiyası 2007- ci il iyulun 15 - də təsis olunub. Həmin ilin avqust ayında partiyanın sənədləri Ədliyyə Nazirliyinə təqdim olunub. Nazirlik bu günə qədər partiyanı qeydiyyata almayıb və partiya sənədlərinə düzəliş edilməsinə ehtiyac olduğunu bildirib.

Ağayevin sözlərinə görə, partiyanın sənədləri düzəlişlərdən sonra Ədliyyə Nazirliyinə təqdim olunsa da, yeddi aydan çoxdur ki, qeydiyyat məsələsi ilə bağlı Nazirlikdən cavab verilmir.

"Parttiya rəhbərliyi Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsini cümə axşamı Yasamal rayon məhkəməsinə təqdim edib", - deyə Ağayev bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti