...

Baş prokurorun çoxsaylı qətllərdə ittiham olunan sabiq polis əməkdaşının oğlunu himayə etməsi təkzib olunur

Siyasət Materials 23 Avqust 2008 12:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 avqust / Trend , müxbir K. Zərbalıyeva/ Azərbaycanda ömürlük azadlıqdan məhrum edilmiş sabiq əməliyyat müvəkkili Hacı Məmmədovun oğlunun baş prokurorun köməyi ilə ümumvətəndaşlıq pasportu alması təkzib olunur.

"Hacı Məmmədovun vəkili DİN-in Pasport Qeydiyyatı İdarəsinin qanunsuz hərəkətlərindən baş prokurora şikayət edib. Baş prokuror da şikayəti aidiyyatı üzrə göndərib" -şənbə günü Trend -a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev bildirib.

Hacı Məmmədovun oğlu Teymur Məmmədov pasport almaq üçün DİN-in Pasport Qeydiyyatı İdarəsinə müraciət etsə də, ona pasport verilməyib.

İdarənin bu hərəkətini Məmmədov və vəkili Hacı Məmmədovun şəxsiyyəti, onun keçmişi ilə əlaqələndirib.

Məmmədov pozulmuş hüquqlarının müdafiəsi və Pasport Qeydiyyatı İdarəsinin yol verdiyi qanunsuzluğun aradan qaldırılması üçün Baş prokuror Zakir Qaralova müraciət edib.

Vəkil Səməd Əliyev bəzi kütləvi informasiya vasitələrinə açıqlamasında bildirib ki, Baş prokurorun müdaxiləsindən sonra problem həll olunub və Məmmədova pasport verilib.

DİN-in sabiq əməliyyat müvəkkili Hacı Məmmədov və onun rəhbərlik etdiyi dəstə 2005 - ci ilin martında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatı zamanı ifşa olunub.

MTN - də aparılan ibtidai istintaq zamanı Məmmədovun və rəhbərlik etdiyi dəstənin 1995- ci ildən 2005 - ci ilədək 13 qətl , 8 adam oğurluğu və digər cinayətlər törətdiyi müəyyən olunub.

Dəstə başçısına Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb,

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti