...

Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini qəbul etməsi yalnız piardır – amerikalı senator

Siyasət Materials 25 Avqust 2008 16:21 (UTC +04:00)
Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini qəbul etməsi yalnız piardır – amerikalı senator

Azərbaycan, Bakı, 25 avqust/ Trend , müxbir R.Novruzov/ Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini qəbul etməsi yalnız piar-gedişdir və heç bir qüvvəyə malik deyil, - ABŞ Senatının xarici əlaqələr komitəsinin üzvü, senator Riçard Luqar bazar ertəsi Bakıda bildirib.

Bazar ertəsi Rusiya Dövlət Duması Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınması haqqında RF prezidentinə müraciəti yekdilliklə dəstəkləyib, -"Vesti" telekanalı xəbər verir. Rusiya Dövlət Duması Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınması imkanı haqqında məsələni müzakirə etmək üçün təcili iclasa toplaşıb. Federasiya Şurası yekdilliklə Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin lehinə səs verib.

Amerikalı senatorun rəyinə görə, Rusiya ilə diplomatiyaya onun təcavüzü fonunda yenidən qiymət verilməlidir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti