...

Bakı sakininin evi qarət edilib

Siyasət Materials 25 Avqust 2008 18:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 avqust / Trend , müxbir S.Kazımlı / Azərbaycan paytaxtında ev qarət olunub. Nizami rayon Polis İdarəsinin (RPİ) 24-cü polis bölməsindən bazar ertəsi Trend -a verilən məlumata görə, Nizami rayonunun Bəhruz Nuriyev küçəsi ev 26, mənzil 87 ünvanında yaşayan İlqar Ələkbərov polisə müraciət edərək bildirib ki, avqustun 18-dən 24-nə qədər ailə üzvləri ilə birlikdə evdə olmadıqları müddətdə evlərindən oğurluq edilib.

Ələkbərov müraciətində avqustun 24-də evlərinə gələrkən naməlum şəxsin pəncərəni sindıraraq evə daxil olmasını və oradan 5 min dollar pul oğurlanmasını göstərib.

Polis bölməsindən bildirdilər ki, hələlik hadisə ilə bağlı saxlanılan yoxdur. Hazırda bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Nizami RPİ-də Azərbaycan Cinayət Məcəlləsinin oğurluq (177-ci) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti