...

Azərbaycan prezidenti səhiyyə işçilərinin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb

Siyasət Materials 2 Sentyabr 2008 19:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı dövlət büdcəsindən maliyyələşdirilən səhiyyə müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilən aylıq vəzifə (tarif) maaşlarının sentyabrın 1- dən, orta hesabla, 25 faiz artırılması haqda sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub ki, bu addım səhiyyə müəssisələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə atılır. Sərəncamda bildirilib ki, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti