...

Azərbaycan və Rusiya prezidentləri regionda vəziyyəti müzakirə ediblər

Siyasət Materials 3 Sentyabr 2008 23:33 (UTC +04:00)

Azərbaycan, Bakı. 3 sentyabr / Trend / Sentyabrın 3-də Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Dövlət başçıları Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin müxtəlif səviyyələrdə uğurla inkişaf etməsindən məmnun olduqlarını bildirmiş, yüksək səviyyədə qarşılıqlı səfərlərin, o cümlədən Prezident Dmitri Medvedevin Azərbaycana ilk rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi baxımından əhəmiyyətli olduğunu vurğulamışlar. Prezidentlər ikitərəfli münasibətlərin gələcəkdə də möhkəmlənəcəyinə əminliklərini ifadə etmişlər.

Telefon söhbəti zamanı beynəlxalq məsələlər, regionda vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti