...

Rusiyanın hərəkətləri onun regiondakı həqiqi səylərinə böyük şübhə doğurur – ABŞ vitse-prezidenti

Siyasət Materials 4 Sentyabr 2008 16:00 (UTC +04:00)
Rusiyanın hərəkətləri onun regiondakı həqiqi səylərinə böyük şübhə doğurur – ABŞ vitse-prezidenti

Gürcüstan, Tbilisi, 04 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Rusiyanın hərəkətləri onun yalnız Gürcüstanda deyil, bütün regiondakı əsl səylərinə böyük şübhə doğurur,- ABŞ vitse-prezidenti Dik Çeyni cümə axşamı Tbilisidə Gürcüstan prezidenti Mixail Saakaşvili ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hazırda regionda sülhün bərpasına dair BMT- nin uzunmüddətli Qətnaməsini qəbul etmək və Gürcüstandakı mövcud münaqişələrin nizamlanması üzrə dinc danışıqlara başlamaq vacibdir.

Vitse-prezident vurğulayıb ki, ABŞ ölkənin inkişafı üçün Gürcüstana yardım edəcək. "Mən prezident Buşun müraciətnaməsini və ABŞ -ın Gürcüstanın sadiq tərəfdaşı olması , ona hərtərəfli yardım göstərəcəyi barədə təminatını sizə çatdırıram. Amerikalılar Gürcüstanın qarşılaşdığı çətinliklərdən xəbərdardır və biz sizin yanınızdayıq", - o bildirib.

Birləşmiş Ştatlar Gürcüstan sərhədlərinin zorla dəyişdirilməsinin əleyhinədir,- vitse-prezident əlavə edib.

ABŞ Gürcüstana humanitar yardım göstərmək üçün 30 mln. dollar, ölkə iqtisadiyyatının dəstəklənməsi üçün 1 mlrd. dollar ayırıb. Prezident Buş Gürcüstana sərmayələrin artırılması və ona yardım göstərilməsi üçün ABŞ -ın beynəlxalq agentliklərinə də müraciət edib.

"Gürcüstan və onun demokratik yolla seçilmiş hakimiyyəti ABŞ -ın dəstəyinə ümid edə bilər və azadlığı, müstəqilliyi dəstəkləmək üçün küçələrə çıxmış yüz minlərlə gürcünün aksiyası bizə çox təsir etdi", - ABŞ vitse -prezidenti vurğulayıb və qeyd edib ki, Gürcüstan tezliklə "heç kimin təhdid etmədiyi və müdafiə təşkilatı" olan NATO -ya daxil olmalıdır.

Avqustun 8 -nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12- də RF prezidenti Dmitri Medvedyev bildirib ki, Gürcüstanı sülhə məcburetmə əməliyyatının dayandırılması barədə qərar qəbul edib.

Rusiya birtərəfli şəkildə Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti