...

Azərbaycanın müxalifət partiyaları beynəlxalq təşkilatlara müraciət etmək fikrindən daşınıblar

Siyasət Materials 5 Sentyabr 2008 19:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 sentyabr/ Trend müxbir C.Babayeva/ Azərbaycanın müxalifət partiyaları prezident seçkilərinə müşahidəçilərin göndərilməməsi çağırışı ilə beynəlxalq təşkilatlara müraciət etmək fikrindən daşınıblar.

"Beynəlxalq təşkilatlar Azərbaycan prezident seçkilərinin gedişini izləyəcək müşahidəçiləri artıq müəyyən ediblər. Buna görə də , birgə bəyanat imzalayan müxalifət partiyaları bu bəndi, qeyri-etik hesab edərək, sənəddən çıxarıblar", - Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev cümə günü Trend -a bildirib.

Azərbaycanda prezident seçkisi oktaybrın 15 - də keçiriləcək. "Azadlıq" blokuna daxil olan partiyalar - Xalq Cəbhəsi, Liberal Partiya, Vətəndaş və İnkişaf partiyası, Müsavat və "Azərbaycan Naminə" İctimai Forum cümə günü seçkiləri qanunsuz hesab etmək barədə birgə bəyanat imzalayıblar. Bəyanatda prezident seçkilərindən sonra formalaşacaq hakimiyyət qeyri - legitim elan edilib.

Bu bəyanat razılaşdırılarkən partiyalar bildiriblər ki, prezident seçkilərinə beynəlxalq müşahidəçilər göndərməmək çağırışı ilə AŞ, ATƏT və digər Avropa qurumlarına müraciət hazırlanacaq.

Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəsi Arif Məmmədov cümə günü Trend -a bildirib ki, müxalifətin müraciətindən asılı olmayaraq, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) monitorinq qrupu Azərbaycanda prezident seçkisini müşahidə etməyə gələcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti