...

Bakıda oğurlanan avtomobil tapılıb

Siyasət Materials 11 Sentyabr 2008 13:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 11, sentyabr / Trend , müxbir S.Kazımlı / Bakının Nəsimi rayonu ərazisindən qaçırılan avtomobil tapılıb.

Nəsimi rayon Polis İdarəsinin (RPİ) 19-cu polis bölməsindən cümə axşamı Trend -a verilən məlumata görə, sentyabrın 8-də Cavadxan küçəsi, ev 60, mənzil 57 ünvanda yaşayan Əli Aslanova məxsus olan və evinin qarşısından qaçırılan "VAZ- 2103" markalı avtomobil çərşənbə günü Tbilisi prospekti ilə İnqlab küçəsinin kəsişməsində saz vəziyyətdə tapılıb.

Polis bölməsindən bildiriblər ki, hələlik avtombilin kim tərəfindən qaçırılması müəyyənləşməyib. Hazırda bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Nəsimi RPİ-nin 19-cu polis bölməsində araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti