...

Gürcüstanda baş verən hadisələrdən region ölkələri nəticə çıxardı - Türkiyə prezidenti

Siyasət Materials 11 Sentyabr 2008 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr / Trend / Bakı səfərindən qayıdan Türkiyə prezidenti Abdullah Gül təyyarədə jurnalistlərin suallarını cavablandırarkən region dövlətlərinin Gürcüstanda baş verən hadisələrdən nəticə çıxardığını bildirib. Bu haqda Türkiyənin "Palhaber" informasiya agentliyi məlumat verib.

"Bütün tərəflər vəziyyəti yaxşı başa düşür. Gürcüstan hadisələri problemləri hərbi yolla həll etmənin imkansızlığını bir daha sübüt etdi", - deyə Gül bildrib. O, Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı Qafqazdakı son hadisələrlə yanaşı, ikitərəfli əlaqələri və Dağlıq Qarabağ məsələsini də müzakirə etdiyini deyib.

"Azərbaycan prezidenti ilə 17 ildir həlli tapılmayan Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün yaranmış imkanlardan yararlanmaq qərarına gəldik. Əgər məsələnin həlli tapılarsa, geniş əməkdaşlıqdan bütün tərəflər faydalana bilər", - deyə Türkiyə prezidenti Gül əlavə edib.

Xəbər lenti

Xəbər lenti