Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir R.Novruzov/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu həftə Belçika, Böyük Britaniya və ABŞ-a səfər etməyi planlaşdırır.
Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri sentyabrın 16-17-də Belçikada keçirilən NATO-nun Fərdi Tərəfdaşlıq Planı üzrə növbəti müzakirələrində iştirak edəcək. Müzakirələr 26 + 1 (NATO-ya üzvə ölkələr + Azərbaycan) formatında aparılacaq. XİN-in mətbuat xidmətindən bazar ertəsi verilən məlumata görə, səfər çərçivəsində Məmmədyarovun NATO-nun Baş katibi ilə görüşü də gözlənilir.
Məmmədyarov sentyabrın 18-19-da Londona işgüzar səfər edəcək və burada Böyük Britaniyanın xarici işlər naziri Devid Millibend ilə görüşəcək.
Azərbaycanın xarici işlər naziri Londondan ABŞ-a yollanacaq. O, sentyabrın 20-29-da BMT Baş Assambleyasının sessiyasında iştirak edəcək. İclasın son günü nazirin çıxışı gözlənir.
Məqalə müəllifi ilə əlaqə ünvanı - trend