...

Birləşmiş Ştatlar Azərbaycanla təhlükəsizliyin təmin edilməsi məsələləri üzrə əməkdaşlığı davam etdirməyə hazırdır – ABŞ-ın Müdafiə Nazirliyi

Siyasət Materials 15 Sentyabr 2008 13:47 (UTC +04:00)
Birləşmiş Ştatlar Azərbaycanla təhlükəsizliyin təmin edilməsi məsələləri üzrə əməkdaşlığı davam etdirməyə hazırdır – ABŞ-ın Müdafiə Nazirliyi

Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir R.Novruzov/ ABŞ Azərbaycanla təhlükəsizliyin təmin edilməsi məsələləri üzrə əməkdaşlığı davam etdirməyə hazırdır.

ABŞ-ın Müdafiə Nazirliyinin Avropa komandanlığı rəhbərinin müavini Robert Mur bazar ertəsi Bakıda jurnalistlərə bildirib ki, Birləşmiş Ştatlar təhlükəsizliyin təmin edilməsi sahəsində əmədaşlığa görə Azərbaycana minnətdardır.

"Biz birgə işləməklə uşaqlarımızın gələcəyini, təhlükəsizliyini və azadlığını təmin edəcəyik", - deyə Mur müvəqqəti olaraq Bakının Binə qəsəbəsində yerləşən 42 saylı Laçın məktəbinin açılış mərasimində çıxış edərkən bildirib. Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi Azərbaycanın Laçın rayonundan olan uşaqların təhsil alacağı məktəb ABŞ hökumətinin vəsaiti hesabına inşa edilib.

Bu gün Azərbaycanda yeni tədris ili başlayıb. Azərbaycanın ümumtəhsil məktəblərinin birinci sinfinə 122 546 uşaq qəbul olunub.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti