...

Əfqanıstanın Senat nümayəndələri aksiya keçiriblər

Siyasət Materials 16 Sentyabr 2008 16:25 (UTC +04:00)
Əfqanıstanın Senat nümayəndələri aksiya keçiriblər

Əfqanıstan, Kabil, 16 sentyabr / Trend A.Həkimi / Əfqanıstanın Senat nümayəndələri ölkədə dinc sakinlərin ölüm faktlarının artmasına etiraz olaraq və təhlükəsizliyin təmin edilməsi tələbi ilə aksiya keçirmək niyyətindədirlər. Senat bir günlük tətil elan edib.

Trend -un Əfqanıstandakı müxbirinin məlumatına əsasən, Senat Məclisinin spikeri Əbdülxaliq Hüseyni bildirib ki, Senat BMT-nin ölkədəki nümayəndəliyinə, Prezident Aparatına və digər dövlət orqanlarına etiraz məktubu göndərərək ölkənin təhlükəsizliyinin təmin olunmasını tələb edib.

Bundan öncə də həm Senat, həm də Milli Şura Məclisi dinc sakinlər arasında ölüm faktlarının artması və sabitliyin pozulmasına etiraz olaraq dəfələrlə aksiyalar keçirib.

Milli Şura Məclisi nümayəndələri təhlükəsizliyin təmin edilməsi məqsədilə ölkə prezidenti Hamid Kərzai ilə də müzakirələr aparıblar. Lakin Senat Məclisinin aksiya keçirən nümayəndələri bu cür müzakirələrin ölkənin təhlükəsizliyinin təmin edilməsi istiqamətində faydalı olacağını düşünmürlər. Onların fikrincə, Əfqanıstanda təhlükəsizliyin tam təmin edilməsi və sabitliyin bərqərar edilməsi üçün koalisiya qüvvələrinin ölkədəki fəaliyyəti qanuniləşdirilməlidir.

Hazırda Əfqanıstanda koalisiya qüvvələrinin fəaliyyətinin qanuniləşdirilməsi layihəsi Mili Şura və Senat Məclisində müzakirə olunur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti