...

Sxeffer üçün Medvedyevin bəyanatı qəbuledilməzdir

Siyasət Materials 16 Sentyabr 2008 19:01 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 16 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/NATO-nun Baş katibi Yap de Hoop Sxeffer üçün Rusiya prezidenti Dmitri Medvedyevin bəyanatı qəbuledilməzdir. "Əsas odur ki, bütün problemlər sülh yolu ilə həll edilsin və meqafon diplomatiyadan istifadə edilməsin", -  Medvedyevin, Gürcüstanın NATO-nun üzvü olsaydı belə, Rusiyanın Tbilisiyə qarşı analoji hərəkət edəcəyi ilə bağlı verdiyi bəyanatı şərh edərkən Sxeffer  deyib.

Tbilisi Dövlət Universitetində tələbələrdən biri Sxefferə Şimali Atlantika Alyansının Baş katibinə Medvedyevin müsahibəsi ilə bağlı sual verib. Müsahibədə Rusiya prezidenti qeyd edib ki, Gürcüstana ÜFP  (Üzvlük üzrə Fəaliyyət Planı) verilsəydi belə, RF yenə də bu ölkəyə qarşı irimiqyaslı hərbi əməliyyat keçirəcəkdi.  

Xəbər lenti

Xəbər lenti