...

Gürcüstan parlamenti Rusiya ilə dostluq qrupunun yaradılması məsələsini hələki nəzərdən keçirmir

Siyasət Materials 17 Sentyabr 2008 12:36 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 17 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan parlamenti Rusiya ilə dostuq qrupu yaratmayacaq. Bu barədə jurnalistlərə parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Laşa Jvaniya deyib.

"Rusiya Gürcüstanın düşmənidir, onun əleyhinə təcavüzkar hərbi əməliyyatlara yol verib və bu halda hansısa dostluq qrupunun yaradılması qəbuledilməzdir", - o bildirib.

Jvaniya hesab edir ki, RF parlamentinin iki palatasının əksər üzvləri Gürücstanın ayrılmaz ərazisi olan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınmasında düşmənçilik mövqeyindən çıxış ediblər.

"Bizim Rusiya ilə dostluq etmək istəyimizə baxmayaraq, RF-nin hərəkətlərini dostluq kimi qiymətləndirmək olmaz", - o qeyd edib.

Gürcüstan-Rusiya deputat qrupunun yaradılması avqustda hərbi əməliyyatlar başlamazdan əvvələ planlaşdırılmışdı. Qrupa uzun illər Rusiyada həkimlik fəaliyyəti ilə məşğul olan deputat Fridon Todua başçılıq etməli idi.      

Xəbər lenti

Xəbər lenti