...

Gürcüstanın birinci xanımı Azərbaycana səfər edəcək

Siyasət Materials 24 Sentyabr 2008 18:54 (UTC +04:00)
Gürcüstanın birinci xanımı Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 24 sentyabr/ Trend , müxbir C.Babayeva/Gürcüstanın birinci xanımı Sandra Rulofs sentyabrın 26-da Azərbaycana səfər edəcək, - çərşənbə günü Trend - a Gürcüstanın Azərbaycandakı səfirliyindən bildiriblər.

İkigünlük səfərin gedişində Rulofs "Vərəmi dayandıraq" Qlobal Əməkdaşlıq Hərəkatının nümayəndələri ilə görüşlər keçirəcək.

Rulofs Hərəkatın səfiridir.   

Gürcüstanın birinci xanımı səfər çərçivəsində, Azərbaycanın Səhiyyə Nazirliyinin rəhbərliyi ilə görüşəcək və Vərəm Mərkəzinə baş çəkəcək.    

Xəbər lenti

Xəbər lenti