...

Azərbaycan prezidenti prokurorluğun əməkdaşlarına fəxri adların və ali xüsusi rütbələrin verilməsi haqqında sərəncamlar imzalayıb

Siyasət Materials 27 Sentyabr 2008 22:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr / Trend / Prezident İlham Əliyev prokurorluq orqanlarının fəaliyyətində fərqləndiklərinə görə, Azərbaycan prokurorluğunun yaranmasının 90 illik yubileyi ilə əlaqədar prokurorluğun əməkdaşlarına fəxri adların və ali xüsusi rütbələrin verilməsi haqqında sərəncamlar imzalayıb.

Baş Prokurorluğun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi - Əfəndiyev Eldar Məmməd oğlu - "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı, Baş Prokurorluğun İctimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi - Qonaqova Əntiqə Gülməmməd qızı - "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı ilə təltif olunublar.

Həmçinin, Prezident İlham Əliyev prokurorluğun 2 əməkdaşına II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi və 6 əməkdaşına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Xəbər lenti

Xəbər lenti