...

Biz Kiprin yenidən birləşdirilməsinə siyasi və hüquqi yardım göstərməyə hazırıq – AŞPA prezidenti

Siyasət Materials 29 Sentyabr 2008 16:33 (UTC +04:00)

Fransa, Strasburq, 29 sentyabr/ Trend , müxbir A.Məhərrəmli/ Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Kiprin yenidən birləşdirilməsi üçün siyasi və hüquqi yardım göstərməyə hazırdır.

"AŞPA Şimali Kipr Türk Cumhuriyyətini və Kipr Dövlətini barışığa və stabiliyə çağırır və bu məsələdə yardım göstərməyə hazırdır", - deyə bazar ertəsi Strasburqda AŞPA prezidenti Luis Maria de Puç bildirib.

"Kipr məsələsində artıq müəyyən irəliləyişlər var və biz BMT ilə birlikdə bu məsələ üzərində işləməyə, institusional və hüquqi aspektlərdə yardım göstərməyə hazırıq", - deyə o bildirib.

AŞPA prezidenti qeyd edib ki, Kiprin yenidən birləşdirilməsinin çərçivələrini, bunun federal və ya konfederasiya formasında olacağını müəyyən etmək mühümdür.

1974 - cü ildə Kipr adası türk və yunan hissələrinə bölünüb. O zaman yunan hərbi xuntası adanı Yunanıstana birləşdirməyə cəhd göstərirdi, Türkiyə isə, öz növbəsində, adanın müstəqilliyinin qorunması məqsədi ilə, Kiprin əsasən türklərin məskunlaşdığı şimal hissəsinə öz qoşunlarını yeritdi .

Adanı iki sektora ayıran xətti BMT - nin Kiprdə sülhə dəstək üzrə Silahlı Qüvvlər kontingenti mühafizə edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı- trend

Xəbər lenti

Xəbər lenti