...

Böyük Britaniyanın MSK rəhbəri Azərbaycan Mərkəzi Seçki Komissiyasının işinin şəffaflığını ictimaiyyət üçün müsbət tendensiya hesab edir

Siyasət Materials 2 Oktyabr 2008 18:28 (UTC +04:00)

Fransa, Strasburq, 02 oktyabr/ Trend , müxbir C.Babayeva/ Böyük Britaniyanın Mərkəzi Seçki Komissiyasının rəhbəri Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) işinin şəffaflığını ictimaiyyət üçün müsbət tendensiya hesab edir.

"Böyük Britaniyada MSK-nın iclası qapalı şəraitdə keçirilir", - deyə cümə axşamı Bakıda jurnalistlərə bu qurumun rəhbəri Stiven Yanger azərbaycanlı həmkarı Məzahir Pənahovla görüşündən sonra bildirib.

Yanger Azərbaycan tərəfinin dəvəti ilə Bakıda ikigünlük səfərdədir. Böyük Britaniyanın MSK rəhbəri bildirib ki, səfərdə məqsəd təcrübə mübadiləsindən ibarətdir. Yanger səfər zamanı dairə seçki komissiyalarına baş çəkib, onların işi ilə tanış olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti