...

Azərbaycan diasporu ABŞ prezidentliyinə namizədlərə müraciətlər ünvanlayıb

Siyasət Materials 3 Oktyabr 2008 06:02 (UTC +04:00)
Azərbaycan diasporu ABŞ prezidentliyinə namizədlərə müraciətlər ünvanlayıb

Azərbaycan, Bakı, 3 oktyabr/ Trend / Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq məsələlərinə həsr olunmuş, oktyabrın 1-dən 2-dək Vaşinqtonda keçirilən konfrans Azərbaycan diasporunun Amerika ictimaiyyətinə ünvanladığı bəyanatla yekunlaşıb. Bunu Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev Vaşinqtondan Trend -a telefonla bildirib. 

Birləşmiş Ştatlarda yaşayan azərbaycanlıların fəaliyyəti və nailiyyətlərinə həsr olunan konransda Amerikanın bütün şəhərlərindən olan diaspor üzvləri, Azərbaycanla dostluq qrupunun nümayəndələri, konqresmenlər iştirak ediblər.

Tədbirin sonunda Amerikada yaşayan həmvətənlərimizə, Amerika ictimai təşkilatlarına, dövlət qurumları, konqres və prezidentliyə namizədlərə müraciətlər qəbul edilib.

Diaspora ünvanlanmış müraciətdə onun işinin gücləndirilməsi tövsiyə olunub.

ABŞ prezidentlik kürsüsünə olan namizədlərə edilən müraciətdə isə Azərbaycan gerçəklikləri, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Amerikanın rolunun vacibliyi qeyd olunub. Münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyü  müraciətdə xüsusi olaraq qeyd edilib.

İki gün davam edən konfransda enerji təhlükəsizliyi məsələləri də müzakirə olunub. Azərbaycan və ABŞ arasında strateji müttəfiqlik münasibətlərinin inkişaf etdirilməsi, enerji təhlükəsizliyi, Azərbaycanın enerji ehtiyatlarının ikitərəfli və çoxtərəfli münasibətlərdə rolu barədə müzakirələr aparılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]



Xəbər lenti

Xəbər lenti