...

Azərbaycan prezidentliyinə namizədlərin vəkilləri qeydiyyata alınıb

Siyasət Materials 4 Oktyabr 2008 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 oktyabr / Trend , müxbir S.Kazımlı / Azərbaycan prezidentliyinə namizəd Qulamhüseyn Əlibəylinin 50 vəkili Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən qeydiyyata alınıb. Bu barədə MSK-nın şənbə günü keçirilən iclasında qərar çıxarılıb.

Trend - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri,indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Bundan başqa Vüqar Xasayev Qulamhüseyn Əlibəylinin MSK-da məşvərəçi səs hüquqlu üzvü kimi təsdiq edilib.

MSK Azərbaycanın müxalifətçi Ümüd Partiyasının prezidentliyə namizədi İqbal Ağazadənin də 50 vəkilini qeydə alıb.

İclasda ölkə üzrə 125 seçki dairəsində 125 nəfər həlledici səs hüququna malik üzvlərin təyin edilməsi haqqda qərar qəbul olunub.

MSK-da həmçinin oktyabrın 15-də keçiriləcək prezident seçkisində "Sumqayıt Gənclərinin Hüquqi Marifləndirilməs" İctimai Birliyinin exit-poll keçirməsi üçün müraciətinə baxılıb. MSK katibi Natiq Məmmədov bildirib ki, İctimai Birlik sənədlərini lazımi tələblərə cavab verməyən halda MSK-ya təqdim edib. "Buna görə də Biriyin qeydiyyata alınması mümkün deyil", - deyə Məmmədov bildirib.

İctimai Birliyin MSK-ya müraciəti səs qoyulub və qəbul edilməyib. MSK sədri Məzahir Pənahov bildirib ki, oktyabrın 3-ə kimi 34 minə yaxın müşahidəçi qeydiyyata alınıb. Onlardan 17901 nəfəri siyasi partiyaları, 10483 nəfəri qeyri-hökümət təşkilatlarını təmsil edir, 3002 nəfər öz təşəbbüsü ilə, 884 nəfər isə beynəlxalq qurumların xətti ilə müşahidəçi kimi qeydə alınıblar.

Mindən çox yerli müşahidəçi MSK-da, 31386 nəfər isə dairə seçki komissiyyalarda qeydiyatdan keçib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti