Azərbaycan, Bakı 5 oktyabr / Trend / Türkiyədə sərnişin avtobusunun aşması nəticəsində 18 nəfər həlak olub. Vesti telekanalının yaydığı məlumata əsasən bazar günü baş verən hadisədə 23 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.
Türkiyənin qərbində yerləşən Tekirdağ əyalətinin ərazisində baş verən yol nəqliyyat hadisəsində əsasən Pakistan və Myanma vətəndaşları xəsrət alıb.
Hadisənin ilkin səbəbi kimi avtobus sürücüsü tərəfindən sürət rejimini pozulması göstərilir.
Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimovun Trend -a verdiyi məlumata görə, yaralanlar arasında Azərbaycan vətəndaşları da olub. Onun sözlərinə görə, yol qəzası nəticəsində üç nəfər azərbaycanlı yaralanıb.
Türkiyənin CNN Türk kanalının yaydığı xəbərə görə, yaralıların sayı 23-ə çatıb. Məlumatlara əsasən qəzaya uğrayan avtobusda qeyri-qanuni miqrantlar olub
Məqalə müəlifi ilə əlaqə ünvanı: [email protected]