...

Standard Kapital Azərbaycanda broker əməliyyatlarınıən həcminə görə lider mövqeyini saxlayıb

Siyasət Materials 6 Oktyabr 2008 20:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 oktyabr/ Trend /Sentyabrda dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istina olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə Standard Capital başçılıq edir. Şirkət 4 müştəriyə ümumi dəyəri 27,716 mln. manat broker xidmətləri göstərib. Bu barədə Bakı Fond Birjasının bazar ertəsi yayılan məlumatında deyilir.

İkinci yeri 3 müştəriyə ümumi həcmi 27,508 mln. manat olan broker xidmətləri göstərmiş və birincidən 0,208 mln. manat geri qalan Yapi Credi Invest tutub. Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə isə, 16,599 mln. manat məbləğlə Respublika Invest qərarlaşıb.

Sentyabrda brokerlərin renkinqində (sıralanmasında) birinciliyə iddia edən məbləğin səviyyəsi əvvəlki ayla müqayisədə artıb. Belə ki, avqustda ayında göstərilmiş broker xidmətlərinin öndə gedən məbləği 25,895 mln. manat təşkil edib. Avqustda dövlət qiymətli kağızları sektorunda xidmət göstərmiş brokerlərin sayı 9-dan 8-dək azalıb.

2008 - ci il sentyabr ayı üzrə DQK bazarında göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi:

Xidmətlərin həcminə görə yeri Xidmətlərin həcminə görə yer Brokerlər Müştərilərin sayı Müştərilərin sayı Əməliyyatlarının həcmi(AZN)
1 1 (-) "Standard Kapital" 7 4 27,716,404.80
7 2 (^) "YapıKredi Invest" 1 1 27,508,466.26
3 3 (Ў) "Respublika Invest" 5 5 16,599,451.16
2 4 (Ў) "BoB Broker" 3 1 13,306,448.42
5 5 (-) "Azərintertreyd"MMC 3 3 11,402,735.36
4 6 (Ў) "UniCapital" 8 4 7,013,276.02
6 7 (Ў) "Texnika Capital Menagment" 4 5 2,745,326.82
8 8 (-) "Brokdil-Az" 1 1 2,667,690.88

-Avqust 2008 - Sentyabr 2008

Oktyabrın 6 - na olan cari mübadilə məzənnəsi -- 0,8101 AZN/USD

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti