...

Azərbaycan prezidenti Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin açılış mərasimində iştirak edib

Siyasət Materials 10 Oktyabr 2008 14:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev cümə günü paytaxtın yaxınlığında Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin açılış mərasimində iştirak edib.

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən yeni layihə Azərbaycanın tarixi keçmişini qoruyub saxlamaqla yanaşı, Azərbaycanın turizm mərkəzlərindən birinə çevrilməsinə xidmət edəcək. Dövlət başçısı və xanımı muzey kompleksi ilə yaxından tanış olublar.

Sonra prezident qəsəbə sakinləri ilə görüşüb söhbət edib. Qalanın qədim tarixi abidələrinin nümayiş etdirildiyi muzey kompleksinin yaradılmasının əhəmiyyətini vurğulayıb və son illər Heydər Əliyev Fondunun xətti ilə də tarixi abidələrin, mədəni irsimizin qorunmasına diqqət və qayğı göstərildiyini bildirib.

Xəbər lenti

Xəbər lenti