...

Gürcüstanın Müdafiə Nazirliyində "Minaların zərərsizləşdirilməsində yardım haqqında" Anlaşma Memorandumu imzalanıb

Siyasət Materials 10 Oktyabr 2008 21:02 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 10 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın Müdafiə Nazirliyi və ABŞ - da təsis edilən їİnformasiya idarəsi və minaların zərərsizləşdirilməsi proqramıї təşkilatı arasında Anlaşma Memorandumu imzalanb.  їMinaların zərərsizləşdirilməsində yardım haqqındaї müqavilənin imzalanması mərasimi Gürcüstanın Müdafiə Nazirliyində keçib.

Müdafiə Nazirliyindən bəyan ediblər ki, avqust hadisələrindən sonra bu, Gürcüstan və tərəfdaş ölkələrin təşkilatları arasında imzalanan üçüncü sazişdir. Birinci iki saziş vəziyyətin, həmçinin, ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizləməsində yardım işində əhalinin məlumatlılığının öyrənilməsini nəzərdə tutur. Təşkilat memorandum çərçivəsində, il ərzində Gürcüstanın Müdafiə Nazirliyində minaların zərərsizləşdirilməsi və koordinasiiya üzrə ofisin formalaşdırılmasına kömək edəcək.

Memorandumu Gürcüstanın Müdafiə Nazirliyinin beynəlxalq münasibətlər və avrointeqrasiya departamenti rəhbərinin müavini Kartlos Koranaşvili və Amerika təşkilatının direktoru Devid Armit imzalayıblar.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti