Gürcüstan, Tbilisi, 15 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/BMT-nin Beynəlxalq Məhkəməsi oktyabrın 15 - də keçiriləcək iclasının gedişində Gürcüstanın Rusiyaya qarşı irəli sürdüyü iddia ilə bağlı qərarını açıqlayacaq, - bazar ertəsi Haaqada Məhkəmənin yaydığı məlumatda qeyd olunub. Bu məsələ üzrə BMT-nin Beynəlxalq Məhkəməsinin Qətnaməsini iclasın gedişində məhkəmənin sədri Rozalin Hitginz oxuyacaq.
Tbilisi avqustun 14 -də BMT -nin Məhkəməsinə müraciət edərək, Rusiyanın, gürcü vətəndaşlarının müdafiəsi üzrə müvəqqəti tədbirlər görməsini xahiş edib.
Gürcüstan Rusiyanı hər cür irqi ayrı- seçkiliyin formalarının aradan qaldırılması ilə bağlı Beynəlxalq Konvensiyanı pozmaqda günahlandırır. Tbilisi iddia edir ki, RF "Konvensiya üzrə üzərinə götürdüyü fundamental öhdəlikləri ciddi surətdə pozub".
Müvəqqəti tədbirlər məsələsi üzrə dinləmələr sentyabrın 8 - dən 10 - dək keçirilib. Məhkəmə dinləmələrin yekunları üzrə onun Gürcüstanın iddiasına baxmaq hüququn olmasını və şəraitin müvəqqəti tədbirlərin tətbiqi tələbini müəyyənləşdirməlidir.
RF-nin məhkəmə dinləmələrindəki nümayəndəsi, Rusiya XİN hüquq şöbəsinin direktoru Roman Kolodkin bəyan edib ki, Gürcüstanın etdiyi müraciət əsasında yaranmış mübahisə irqi ayrı - seçkiliyin hər cür formasının aradan qaldırılması ilə bağlı Beynəlxalq Konvensiyaya aidiyyatı yoxdur. Rusiya tərəfinin fikrincə, Konvensiya, Beynəlxalq Məhkəməyə müraciət edilənədək tərəflərin fikir ayrılığını aradan qaldırması üçün, danışıqlar yolundan istifadə etməyə cəhd göstərməsini tələb edir, lakin bu məsələdə buna cəhd göstərilməyib.
Cənubi Osetiya və Abxaziyada Konvensiya pozulsa da, onları Rusiya ilə əlaqələndirmək olmaz, belə ki, o, bu ərazilərin rəhbərliyi üzərində nəzarət aparmır, - Rusiya nümayəndəsi vurğulayıb.
Rusiya tərəfi hesab edir ki, Məhkəmə bu məsələyə baxmaqda özünü səlahiyyətli hesab etsə belə, Gürcüstan dinləmələrin gedişində "müvəqqəti tədbirlərin qəbul edilməsi üçün zəruri meyarları nümayiş etdirməyib".