...

İranda insan haqqları məsələsi BMT-ni narahat edir

Siyasət Materials 21 Oktyabr 2008 06:19 (UTC +04:00)
İranda insan haqqları məsələsi BMT-ni narahat edir

Azərbaycan, Bakı, 21 oktyabr / Trend / BMT Baş katibi Pan Gi Mun ötən günü İranda insan haqlarının vəziyyətinə dair yeni məruzə açıqlayıb. Baş katib bu ölkəni qadınların və azlıqların hüquqlarının diskriminasiyasına qarşı mübarizəyə çağırıb.

Reuters agentliyi xəbər verir ki, Pan Gi Mun təhsil və səhiyyə sahələrində olan nailiyyətlərə görə İranı tərifləsə də, insan haqqları ilə bağlı problemləri sadalayıb.

Baş katib İranda diskriminasiyaya məruz qalan əsas azlıqlardan biri kimi Bəhailəri göstərib.

Bəhailər iddia edir ki, İranda islam inqlabından sonra yüzlərlə bəhai həbsxanalara salınaraq edam olunub. Rəsmi Tehran isə ölkədə dini baxışlara görə insanların həbsi və ya edamı faktlarını inkar edir.

Pan Gi Mun, həmçinin, qadınların, tələbələrin, müəllimlərin və digər sosial qrup nümayəndələrinin hüquqlarının pozulmasını qeyd edib. O, İranda azyaşlıların edamı halından təəssüfləndiyini də nəzərə çatdırıb.

Məqalə müəllifi ilə əlaqə ünvnanı: [email protected]

Xəbər lenti

Xəbər lenti