...

Gürcüstanın radikal müxalifəti yeni etiraz aksiyalarına hazırlaşır

Siyasət Materials 21 Oktyabr 2008 08:56 (UTC +04:00)

Gürcüstan, Tbilisi 21 oktyabr / Trend müxbir N.Kirtsxalia/ Gürcüstanın radikal müxalifəti yeni etiraz aksiyalarına hazırlaşır. Bu barədə ötən gün, Gürcüstan parlamentinin qarşısında keçirdiyi brifinqdə, müxalifət liderlərindən biri Levan Qaçeçiladze bildirib.

Onun sözlərinə görə noyabrın 7-də saat 14:00-da birləşmiş müxalifət qüvvələri parlament binası qarşısında aksiya keçirəcək. Bu aksiya ötən il noyabrın 7-də baş vermiş hadisələrə həsr olunub.

Ötən il noyabrın 7-də polislər tərəfindən müxalifət mitinqi dağıdıldıqdan sonra prezident və parlament seçkilərinin keçirildiyini xatırladan Qaçeçiladze, noyabrın 7-si hadisələrini avqustun 7-sində baş verənlərlə bağlad.

Hazırda keçiriləcək mitinqə hansı qüvvələrin qoşulacağı məlum deyil. İlkin məlumata görə, aksiyada "Yeni sağlar" və mühafizəkarlar iştirak edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvnanı: [email protected]

Xəbər lenti

Xəbər lenti