...

Bakı polisi axtarışda olan hərbçini tutub

Siyasət Materials 23 Oktyabr 2008 10:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr / Trend , müxbir S.Kazımlı/ Bakının Sabunçu rayon Polis İdarəsinin əməkdaşları hərbi hissəni özbaşına tərk etmiş hərbçini saxlayıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən cümə axşamı Trend -a verilən məlumata görə, Sabunçu RPİ-nin 12-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə (333-cü) maddəsi ilə axtarışda olan 38 yaşlı Yusifov Mahal Yusif oğlu tutularaq istintaqa təhvil verilib.

Hərbçinin qulluq etdiyi hərbi hissəni hansı şəraitdə tərk etdiyi barədə əlavə məlumat verilməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti