Azərbaycan, Bakı, 27 oktyabr/ Trend / SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) Gürcüstanın Supsa limanından Azeri Light növlü şəxsi neft partiyasının satışına dair tender elan edib.
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin məlumatında bildirilir ki, 600 min barel həcmində neft partiyası noyabrın 24-25-də yüklənəcək. Tenderin yekunları oktyabrın 28-də açıqlanacaq.