...

Azərbaycan, Ermənistan və Rusiyanın XİN başçıları prezidentlərin görüşündən öncə Moskvada yığışacaqlar

Siyasət Materials 30 Oktyabr 2008 10:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr / Trend , müxbir N.Abdullayeva / Azərbaycan, Ermənistan və Rusiyanın XİN başçıları prezidentlərin görüşündən öncə Moskvada yığışacaqlar.

Azərbaycan, Ermənistan və Rusiyanın xarici işlər nazirləri, Elmar Məmmədyarov, Edvard Nalbandyan və Sergey Lavrov oktyabrın 31-də Moskvada danışıqlar aparacaq, çərşənbə günü jurnalistlərə Azərbaycanın xarici işlər naziri Məmmədyarov bildrib.

Trend -un arayışı: Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri, həmsçinin noyabrın 1-də ATƏT-in Minsk qrupunu həmsədrləri ilə birgə məsləhətləşmələr aparacaq - Məmmədyarov deyib.

Xarici işlər nazirlərinin görüşlərinin yekunları hər üç ölkənin prezidentlərinə onların noyabrın 2-nə nəzərdə tutulan görüşünə qədər məruzə edilcək.

Dağlıq Qarabağ problemi ilə bağlı danışıqlar formatının dəyişdirilməsi ilə bağlı suala cavab verən Məmmədyarov deyib ki, formatın dəyişdtrilməsindən söhbət gedə bilməz.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti