...

Əfqanıstan prezidenti Dünya iqtisadi forumunda iştirak etmək üçün Türkiyəyə səfər edib

Siyasət Materials 30 Oktyabr 2008 16:15 (UTC +04:00)

Əfqanıstan, Kabil, 30 oktyabr/ , müxbir A.Hakimi/ Əfqanıstan prezidenti Hamid Kərzai Türkiyədə keçiriləcək Dünya iqtisadi forumunda regional əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Əfqanıstan prezidenti Kərzai Dünya iqtisadi forumunda iştirak etmək üçün Türkiyəyə səfər edib. Burada Avropa və Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı müzakirə olunacaq. Cümə axşamı işə başlayan iki günlük forumda dünya və regionun nüfuzlu biznesmenləri, Mərkəzi Asiyanın rəsmi nümayəndələri iştirak edirlər. Avropa, Türkiyə, Rusiya, Mərkəzi Asiya və Yaxın Şərqin mədəni və dini liderləri forumda dünya maliyyə böhranının aradan qaldırılması və regional problemlərin həlli yollarını müzakirə edəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti