...

Abxaziya hakimiyyəti Qal rayonunda komendant saatı elan edib

Siyasət Materials 31 Oktyabr 2008 16:13 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 31 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Abxaziya hakimiyyəti və Rusiya qoşunları Qal rayonunda komendant saatı elan ediblər. Abxaziya TV-nin verdiyi məlumata görə, saat 22.00 - dan sonra heç kim evdən çıxa bilməz.

Abxaziya hakimiyyəti rəsmi Tbilisinin nəzarəti altında olan ərazilər tərəfə getməyi də qadağan edib.

Bu qadağalar İnquri SES əməkdaşlarına aid edilməyib. Onlar İnquri çayı vasitəsilə mərkəzi körpü ilə hərəkət edə bilərlər.

Separatçılar tərəfindən yaradılan Gürcüstandan olan diversiya qrupları ilə mübarizə mərkəzi Qal rayonunda fəaliyyətə başlayıb və artıq 11 yerli gürcünü saxlayıb.

Saxlanılanlardan üçü - ot daşıyan Malxaz Qurtskaya və Kvaşilava qardaşları Qal rayonunda fəaliyyət göstərən gürcü partizanları ilə əlaqədə ittiham olunurlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti