...

İsrail XİN rəhbəri Yaxın Şərq sülh danışıqlarına dair konfransda iştirak edəcək

Siyasət Materials 3 Noyabr 2008 04:47 (UTC +04:00)

İsrail xarici işlər naziri Tsipi Livni noyqabrın 9-da Yaxın Şərq sülh danışıqlarına dair konfransda iştirak etmək üçün Misirə səfər edəcək. "Jerusalem Post" qəzetində bildirilir ki, konfrans  Yaxın Şərq sülh prosesinin sponsorlar "kvarteti" tərəfindən təşkil olunub.

Səfər zamanı Tsipi Livni Fələstin nümayəndə heyətinin başçısı Əhməd Kurei ilə birgə brifinq keçirəcək.

Konfrans, yəni ABŞ, Avropa İttifaqı, BMT və Rusiyanın daxil olduğu "dördlüyün" görüşü Annapolisdə qəbul edilmiş sülh müqavilələrinin ildönümünə həsr olunub.

Tədbirdə Birləşmiş Ştatları dövlət katibi Kondalisa Rays və Fələstin-İsrail danışıqlarında iştirak edən amerika mütəxəssisləri təmsil edəcəklər. Rays Yaxın Şərqə, noyabrın 5-də səfər edəcək. Dövlət katibi İsrail rəhbərləri, Fələstin administrasiyasının nümayəndələri, habelə digər ərəb ölkələrinin təmsilçiləri ilə görüşlər keçirəcək. Görüşdən məqsəd "dördlüyün" yüksək səviyyəli görüşü üçün birgə bəyanatların əlaqələndirilməsidi.

Xəbər lenti

Xəbər lenti