...

Azərbaycan prezidenti Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 7 Noyabr 2008 15:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 noyabr/ Trend / Azərbaycan prezidenti İlham Əliyev cümə günü Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələri əhatə etdiyini, o cümlədən hərbi sahədə uğurlu işbirliyinin yaradıldığını vurğulayıb.

Ordu generalı Başbuğ bir millət, iki dövlət olan Azərbaycanla Türkiyənin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığının daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti